F-35 qırıcıları Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın iştirakı ilə zirvə toplantısının keçiriləcəyi Alyaskadakı Elmendorf-Richardson Hərbi Hava Qüvvələri bazasında görüntülənib.
Tezadlar.az xəbər verir ki, bu barədə “Alaska Landmine” məlumat yayıb.
“Elmendorf-Riçardsonda bir neçə F-35 qırıcısı da daxil olmaqla aktiv hərbi fəaliyyət var”, – hesabatda deyilir.
Daha əvvəl bildirilmişdi ki, Rusiya prezidentinin Alyaskada təhlükəsizliyini təkcə onun şəxsi təhlükəsizlik detalı deyil, həm də ABŞ Məxfi Xidmətinin agentləri təmin edəcək. Putinlə Trampın görüşü avqustun 15-nə planlaşdırılıb.
E.ŞİRİNOV






