Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
11 İyun 2026 / 17:41

Fələstin Dövlətinin vitse-prezidenti Birinci vitse-prezident Mehriban Əliyevaya məktub ünvanlayıb

Fələstin Dövlətinin vitse-prezidenti Hüseyn əl-Şeyxdən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya məktub ünvanlayıb.

Məktubda qeyd olunub:

“Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Fürsətdən istifadə edərək, Azərbaycanın Fələstin məsələsinə göstərdiyi prinsipial dəstəyə, həmçinin ölkələrimiz arasında qarşılıqlı hörmət, həmrəylik və əməkdaşlıq əsasında formalaşmış davamlı dostluq münasibətlərinə görə dərin minnətdarlığımı bildirirəm.

Qarşılıqlı maraqlarımıza və dost xalqlarımızın rifahına xidmət etmək məqsədilə ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsinə, həmçinin bütün sahələr üzrə əməkdaşlığın və əlaqələndirmənin genişləndirilməsinə sadiqliyimizi bir daha təsdiq edirik.

Zati-aliləri, Azərbaycan Respublikasına davamlı tərəqqi və firavanlıq arzulayır, Sizə ən yüksək ehtiramımı bildirirəm”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!