Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Fənərbağça” klubunun dünən istefaya göndərdiyi baş məşqçi Domeniko Tedeskonun yerinə əsas namizədlər müəyyənləşib.
Tezadlar.az oxu.az-a istinadən xəbər verir ki, klubu mövsümün sonuna qədər Zeki Murat Göle çalışdıracağı deyilsə də, rəhbərlik bu posta Aykut Kocaman və ya İsmayıl Kartalı gətirmək niyyətindədir.
Bildirilir ki, hər iki mütəxəssis bu məsuliyyətli vəzifəni qəbul etməyə tam hazırdır.
Bununla belə, “Fənərbağça” rəhbərliyinin qısa müddət ərzində yeni seçki təqvimini açıqlayacağı və baş məşqçi təyinatı ilə bağlı qəti qərarı yeni seçiləcək idarə heyətinə buraxacağı qeyd olunub.