Əsas məzmuna keç

FHN-İN KOMANDALARI BEYNƏLXALQ TURNİRDƏ YÜKSƏK NƏTİCƏ GÖSTƏRİBLƏR

17-18 avqust 2024-cü il tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində I Dünya Korporativ Oyunları keçirilib.

Yarışlarda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin də komandaları iştirak edərək yüksək nəticələr göstəriblər.

FHN-in mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, voleybol yarışlarında Azərbaycanı təmsil edən Fövqəladə Hallar Nazirliyinin kişilərdən ibarət voleybol komandası beş oyun keçirərək finala vəsiqə qazanıb. Finalda isə komanda əzmkar oyun nümayiş etdirərək Rusiyanın “Elektroprofsoyuz” komandasına 2:1 hesabı ilə qalib gələrək qızıl medala sahiblənib.

Basketbol yarışlarında A finalında mübarizə aparan FHN-in kişilərdən ibarət basketbol komandası isə bürünc medal qazanıb.

Bundan əlavə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Əli Bayramov stolüstü tennis üzrə qarışıq komanda yarışlarında gümüş medal əldə etməyi bacarıb.

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…