Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşına ali hərbi və ali xüsusi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilsin:
“general-leytenant” ali hərbi rütbəsi
general-mayor Adil Ələsgər oğlu Abdullayevə
“general-mayor” ali hərbi rütbəsi
polkovnik Fərhad Nəriman oğlu Səmədova
polkovnik Seymur Taleh oğlu Qaraşova
“daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi
daxili xidmət polkovniki Vaqif Tofiq oğlu İbrahimova.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 dekabr 2025-ci il.