Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyada keçirdiyi görüşlərdə ölkəsinin Cənubi Qafqazda sülh və rifahla bağlı səylərə dəstəyini yeniləyib.
Tezadlar.az xəbər verir ki, Fidan bu barədə “X” sosial media hesabında Rusiyaya səfərinə dair etdiyi paylaşım bildirib.
O qeyd edib ki, bu çərçivədə “3+3” regional əməkdaşlıq platformasının önəmli potensialı var.
H. Fidan həmçinin Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlara Türkiyənin ev sahibliyi edə biləcəyini keçirdiyi görüşlərdə vurğuladığını diqqətə çatdırıb.
Qeyd edək ki, Fidan Kazana səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinvə həmkarı Sergey Lavrov daxil olmaqla, bir sıra görüşlər keçirib.