Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 İyul 2026 / 18:10

Final mərhələsinə uğurlu namizədlər toplaşıb

“Yüksəliş” sadəcə adi bir yarışma deyil, bu, uğur qazanmış insanların müsabiqəsidir.

Tezadlar.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin rəhbəri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva VI “Yüksəliş” yarışmasının final mərhələsinin açılış tədbiri çərçivəsində söyləyib.

Onun sözlərinə görə, burada artıq real həyatda nailiyyət əldə etmiş, bilik və bacarıqları sayəsində öz karyerasını və həyat yolunu formalaşdırmış, eyni səviyyədə olan digər uğurlu şəxslərlə rəqabət aparan insanlar bir araya toplanır:

“Əminəm ki, müsabiqə yekunlaşdıqdan sonra bir çoxunuz yeni dostluqlar quracaq, yeni peşəkar əlaqələr yaradacaqsınız. Bu da “Yüksəliş”in ən əhəmiyyətli dəyərlərindən biridir. Biz yarışmada bilikli, bacarıqlı, öz sahəsinin mütəxəssisi olan, eyni zamanda, dövlətçiliyə sədaqətli, sağlam mənəvi prinsiplərə əsaslanan, məsuliyyət duyğusu güclü olan insanların qalib gəlməsini arzu edirik. Elə şəxsiyyətlər ki, məsuliyyəti təkcə özünə, ailəsinə və işinə qarşı deyil, eyni zamanda, dövlətinə, xalqına və millətinə qarşı da hiss edirlər”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!