Əsas məzmuna keç

Formula 1-də Maks Ferstappen sərbəst yürüş sessiyasının qalibi olub

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüş sessiyası başa çatıb.

Tezadlar.az  xəbər verir ki,  “Red Bull Racing” komandasının pilotu Maks Ferstappen sessiyanı birinci pillədə başa vurub.

“Mercedes” pilotu Corc Rassel ikinci, “Ferrari”dən Lyuis Hemilton isə üçüncü olub.

Beləliklə, Bakı Şəhər Halqasındakı üçüncü sınaq yürüşünün nəticələrinə əsasən, ilk üçlük Ferstappen, Rassel və Hemiltondan ibarət olub.

Xatırladaq ki, ötən gün baş tutan ilk sərbəst yürüşdə “Mercedes” komandasının pilotu Corc Rassel finişə birinci, “Red Bull Racing” pilotu Maks Ferstappen ikinci, “Ferrari” pilotu Şarl Lekler isə üçüncü çatıb.

İkinci sərbəst yürüşdə isə “Mercedes” komandasının pilotu Corc Rassel sessiyanı birinci pillədə başa vurub. Onun komanda yoldaşı Kimi Antonelli ikinci, “Red Bull Racing” pilotu Maks Ferstappen isə üçüncü olub.

Azərbaycan Qran-Prisinin əsas yarışı isə sentyabrın 26-da keçiriləcək.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…