Formula 1 Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşündə “Mercedes”in pilotu Kimi Antonellinin idarə etdiyi boliddə problem aşkarlanıb.
Tezadlar.az xəbər verir ki, italiyalı sürücünün bolidində tüstülənmə baş verib.
Antonelli boliddən düşüb və onun sərbəst yürüş sessiyası bununla başa çatıb. Avtomobilin hidravlik sistemində problem olduğu bildirilib.
Qeyd edək ki, Formula 1-də ikinci sərbəst yürüş saat 16:00-da başlayacaq.







