Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Əfqanıstanda vəziyyət yenə ruscadır…
Belə ki, BMT baş katibi Antoniu Quterriş Əfqanıstandakı vəziyyətlə bağlı bəyanatla çıxış edib. Bu barədə qurumun rəsmi saytı xəbər verir. Antoniu Quterriş bildirib ki, Əfqanıstanda vəziyyət nəzarətdən çıxır: “Təkcə keçən ay hərbi əməliyyatlar nəticəsində mindən çox adamın ölüb və ya yaralanıb, 241 min insan evlərini tərk etmək məcburiyyətində qalıb”. Onun sözlərinə görə, ölkədə xəstəxanalar dolub, yemək və dərman çatışmazlığı mövcuddur, körpülər, yollar və məktəblər dağıldıb: “Bütün bunlar bu qədər əzab çəkən xalq üçün inanılmaz faciədir”, – deyə A. Quterriş bildirib.
Bir zamanlar Sovet, əslində isə rus qoşunları ilə ABŞ qoşunlarının poliqonuna çevrilmiş Əfqanıstan yenidən qarışıb. İki ölkənin hegemonluğu uğrunda gedən yarışa meydan olan Əfqanıstanda isə vəziyyət hələ də düzələ bilmir.
A.Məmmədli