Əsas məzmuna keç

FRANSA 28 İSRAİLLİ MÜHACİRİN ÖLKƏYƏ GİRİŞİNİ QADAĞAN EDİB

Fransa hakimiyyəti fələstinli mülki şəxslərə qarşı hücumlarda iştirak edən 28 israilli mühacirin respublika ərazisinə gəlməsini qadağan edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Sənəddə deyilir: “Fransa İordan çayının qərb sahilində mülki fələstinlilərə qarşı zorakılıq aktlarında iştirak edən ekstremist israilli məskunlaşanlara qarşı sanksiyalar tətbiq edib. Bu qərara əsasən, 28 israillinin Fransa ərazisinə girişi qadağan edilib”.

​E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…