“Ukrayna artıq müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı Fransa ilə tarixi saziş hazırlayıb”. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Ukrayna Prezidenti Volodimir Zelenski xalqa bu səhərki müraciətində belə deyib. Sitat: “Fransa ilə tarixi saziş hazırlamışıq – bu, bizim döyüş aviasiyamızın, havadan müdafiəmizin və digər müdafiə imkanlarımızın əhəmiyyətli dərəcədə güclənməsi olacaq. Ziyarət proqramına görə bu, bazar ertəsi baş tutacaq”. Zelenski eləcə də çərşənbə axşamı İspaniyaya planlaşdırılan səfərini də elan edib. Səfərin məqsədi hava hücumundan müdafiə sahəsində tərəfdaşlığın möhkəmləndirilməsi və Rusiyanın hücumlarından sonra Ukrayna qüvvələrinin bərpasıdır. O, qarşıdakı görüşün səmərəli olacağına ümid etdiyini bildirib, çünki İspaniya Ukraynaya yardım təşəbbüslərinə qoşulub. Sitat: “Bizim üçün bu gün ən vacib prioritetlər – hava hücumundan müdafiə, sistemlər, raketlərdir. Biz Rusiyanın hər zərbəsindən sonra qüvvələrimizin bərpasını təmin edirik. Bu, asan deyil, amma bunu edirik. Həmçinin – bizim dayanıqlığımız, qışa hazırlığımız”.
Rusya mediası Zelenskinin bu bəyanatını lənətləməkdədir.
A.Məmmədli

