22 Noyabr 2022 / 07:24

FTX RUSİYADA 68 YERALTI SİLAH USTASINI SAXLAYIB

Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Rusiyanın 31 vilayətində 68 yeraltı silah ustasını saxlayıb. Cinayətkarlardan 300-dən çox odlu silah, minlərlə patron və 20 kiloqrama yaxın partlayıcı maddə, o cümlədən barıt və trotil müsadirə edilib.

“Mülki silahların gizli sexlərdə döyüş xüsusiyyətlərinin bərpası və satışı ilə məşğul olan ölkənin 31 subyektinin 68 sakininin cinayət fəaliyyətinin qarşısı alınıb”, – FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən bildirilib.

Cinayətkarlardan yerli və xarici istehsal olan 304 odlu silah, artilleriya üçün 83 mərmi və mina, 51 əl qumbarası, 15 qoruyucu, 18,4 kiloqramdan artıq partlayıcı maddə və 15 mindən çox patron götürülüb.

FTX əməkdaşları silahların modernləşdirilməsi və sursat istehsalı üzrə 31 yeraltı emalatxananın fəaliyyətini dayandırıblar. Xüsusi əməliyyat Moskva, Sankt-Peterburq və Rusiyanın digər regionlarında həyata keçirilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!