Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ekvadorda həvəskarlar arasında futbol oyunu zamanı hakim Xavyer Orteqa güllələnib.
Tezadlar.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə El Oro əyalətinin Pasaje şəhərində baş verib.
Matç vaxtı silahlı bir neçə şəxs meydana girərək hakimə atəş açıb. Onlar daha sonra hadisə yerindən qaçıblar. Təcili Tibbi Yardım gəlsə də, X.Orteqanın həyatını xilas etmək mümkün olmayıb.
Qarşılaşma dərhal dayandırılıb, oyunçular və tamaşaçılar stadionu tərk ediblər. Turnirin təşkilatçıları vəziyyət aydınlaşana qədər bütün sonrakı oyunları dayandırmaq qərarına gəliblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni məqsədyönlü qətl kimi qiymətləndirirlər. Hazırda araşdırma aparılır.