Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 Oktyabr 2023 / 15:57

FUTBOLÇU SARI VƏRƏQƏ GÖSTƏRƏN HAKİMİ NOKAUT EDİB

Krasnodarda futbolçu ona sarı vərəqə göstərən baş hakimi nokaut edib. Hadisə oktyabrın 28-də Krasnodar AFL həvəskarlar liqasının “İzümrüd” və “Tlustenxabl” komandaları arasında keçirilən oyun zamanı baş verib.

Tezadlar.az xəbər verir ki, zərbə anı videoya düşüb.

Kadrlarda futbolçulardan birinin digəri ilə toqquşaraq meydana yıxılaraq ağrıdan əyildiyi görünür. Bundan sonra fit səslənir və hakim oyunçuya sarı vərəqə göstərir.

İdmançı bu qərarı ədalətsiz hesab edərək, hakimə yumruqla hücum edib. İlk zərbədən sonra hakim meydançaya düşüb. Matç erkən başa çatmalı idi. Hakim sonda özünə qayıdıb, ona tibbi yardım edilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!