Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Zəfər günündə Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Gəncə şəhər filialı öz üzvüləriylə birlikdə bir sıra tədbirlərə imza atmışdır.
Öncə təntənəylə şəhidlər xiyabanını ziyarət etdikdən sonra, ayrı-ayrılıqda bir neçə şəhid ailəsi ziyarət olunmuşdur. Bundan əlavə Şəhidlərin xatirəsinə şəhərin müxtəlif ərazilərində gül-çiçək əkən birliyin üzvüləri bayram tədbirlərini süfrə arxasında davam etdirmişlər. Filialın sədri Şəhid qardaşı Qazi Ayaz Abdullayev çıxış edərək, tədbir iştirakçılarına təbrik və təşəkkürlərini bildirmişdir.
Sonra xatirə şəkli çəkdirilmişdir.
ELBAR
