…Bu günlərdə Qarabağ Univeristetində “Qarabağda gələcəyin tibb bacısı və həkim təhsili modeli” adlı beynəlxalq konfrans keçirildi. Konfransda xarici universitetlərin rektorları, eləcə də tibb sahəsində ixtisaslaşmış peşəkar mütəxəssislər, 6 ölkədən 70-dən çox nümayəndə heyəti iştirak edirdi. Konfrans iştirakçılarının məqsədi Qarabağ Univeristetində bir çox fakultələrlə yanaşı, tibb fakultəsinin qurulması məsələsini də önə çəkmək, bölgədə beynəlxalq standartlara uyğun tibbi xidmətlərin göstərməsinə kömək etmək idi.

Konfrans iştirakçılarının bir neçəsinə yaxınlaşıb bizi maraqlandıran suallara cavab aldıq. İlk müsahibimiz Klinikanın rəhbəri Samir Babayevdir.
– Samir müəllim, Tibb və tibb bacısı proqramların tədrisi necə aparılacaq? Hansı tədris üsulundan istifadə ediləcək?
-Təhsil sahəsində geniş tətbiq olunan Kernin altı mərhələli yanaşmalarından istifadə edərək yaxşı tibb işçiləri hazırlanacaq. Beynəlxalq standartlara uyğun həm də yerli ehtiyaclara cavab verən tədris proqramlarını formalaşdıra biləcəyik. Gələcəkdə yaradılacaq Tibb və Sağlamlıq Elmlər fakultəsi vasitəsilə yalnız peşəkarlar deyil, eyni zamanda innotaviv düşüncəli, şəfqətli və etik dəyərlərə malik olan, bu peşəni sevən, öz üzərində çalışanlarla işləmək istəyərdik.
– Klinikanın yaşaması və fəaliyyət göstərməsi üçün xəstələr olmalıdır. Xankəndiyə isə hələ köç olmayıb. Eləcə də ətraf rayon və qəsəbələrə, kəndlərə köçürülənlər çox deyil.
– Doğru deyirsiz Klinikamıza ən azından 500-ə yaxın xəstə müraciət etməlidir. Hələki bu rəqəm yoxdur. Bu məsələ də qısa zaman kəsiyində olunmasa da, həll olunmaya bilməz. Amma ümüd edirəm ki, bu məsələ tezliklə öz həllini tapacaq. Axı Qarabağa və bu ərazilərə qayıdış yeni başlayıb…

Digər müsahibimiz xanım Yeşim Şenoldu. O, Türkiyənin Antalya şəhərindəki Ağ Dəniz Univeristetində dərs deyir. Professordur.
-Yeşim xanım, Qarabağa gedəcəyiniz xəbəri eşidəndə hansı hissləri keçirdiniz?
-Qarabağ hər birimizin həssas yerimizdir, onu sözlə ifadə edə bilmək çətindir . İlk dəfədi Qarabağda oluram. Kaş əvvəldən olaydım. Buranın hər şeyi gözəldir. Azərbaycandan olan çox sayda öyrəncilərim var . Qarabağa gedəcəyimi söyləyəndə onlar da çox duyğulandılar.
– Onlar burda, Xankəndidə çalışmaq istəyərlərmi?
-Onlardakı Qarabağa olan sevgini görəndən sonra inandım ki, bu müqəddəs torpaqda işləməyi özlərinə borc bilərlər.
-Türkiyədəki təhsillə Azərbaycandakı təhsil arasında nə kimi fərqlər var?
-Mən dərs dediyim univeristetdə fənlər ardıcıllıqla öyrədilir. Amma Azərbaycanda bir fənn bitdikdən sonra başqa fənn öyrədilir. Ardıcıllıqla, yəni həmin fənnin davamını öyrətsələr yaxşı olar.
– Konfransın əhəmiyyəti barədə fikirləriniz də maraqlı olardı.
-Bu konfrans zamanı bir-birimizi daha yaxından tanıdıq. Demək olar ki, Gələcək əməkdaşlığımızın təməli qoyuldu.
– Gələcəkdə Tibb fakultəsində təhsil alacaq tələbələrə hansı töhfəni verəcəksiniz?
– Qarşıya qoyduğumuz əsas məsələlərdən biri də onlara burada mühazirələr oxumaq, məsləhətlər vermək, ixtisaslı kadr kimi yetişmələrinə kömək etməkdir .
Əlbəttə, Qarabağ önəmli bir məkandır. Burda beynəlxalq standartlara uyğun tibb ocaqları yaradılacaq. Ona görə də həkimlərlə yanaşı, tibb bacıları da ali təhsilli olmalıdır.

Konfrans böyük müzakirələrlə keçdi. Uzun bir tarixi olan 95 yaşlı Tibb Univeristetimizdən, məzunlarımızdan da söhbət açıldı. 2025 – 2026 cı illərdə nəzərdə tutulan planlar da qeyd edildi.
Beləliklə, 2 günlük Beynəlxalq konfrans başa çatdı .Konfransda müxtəlif mövzular ətrafında panel müzakirələr, çıxışlar, qrup çalışmaları olsa da, qarşıda hələ görüləcək işlər çoxdur .
Hələlik Qarabağ Univeristeti, həmişə qonaqlı- qaralı olasınız!
İşiniz avand olsun!
Səriyyə Cəfərova,
Xankəndi
(Xüsusi olaraq “Təzadlar” üçün)


