14 Aprel 2026 / 23:59

Gideon Saar: “Hizbullah” İsrail–Livan münasibətlərində əsas maneə kimi göstərildi

İsrailin xarici işlər naziri Gideon Saar radikal “Hizbullah” qruplaşmasının onun ölkəsi ilə Livan arasındakı münasibətlərdə əsas problem olduğunu bildirib.

Tezadlar.az “Al-Jazeera” telekanalına istinadən xəbər verir ki, bu barədə o Vaşinqtonda iki ölkə arasında danışıqlar ərəfəsində mətbuat konfransında çıxışı zamanı bildirib.

Saar qeyd edib ki, İsrail Livanla sülhə və münasibətlərin normallaşmasına can atır.

“İsrail və Livan arasında ciddi fikir ayrılıqları yoxdur. Problem “Hizbullah”dır”, – o deyib.

Onun sözlərinə görə, “Hizbullah” həm də Livanın suverenliyi üçün problemdir.

Bu gün keçiriləcək danışıqlar Livan və İsrail arasında 1993-cü ildən bəri ilk belə təmaslar olacaq. Vasitəçi qismində ABŞ dövlət katibi Marko Rubio çıxış edəcək, həmçinin İsrail və Livanın ABŞ-dəkı səfirləri də iştirak edəcəklər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!