Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Goradil qəbirstanlığının Fatimeyi Zəhra Məscidinin yanında atılmış uşağın valideynləri tapılıb.
Tezadlar.az xəbər verir ki, bu barədə mediaya Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
Onun sözlərinə görə, hazırda məsələ aidiyyəti dövlət qurumları ilə birgə araşdırılır və bütün zəruri tədbirlər görülür:
“Araşdırmanın nəticəsindən asılı olaraq valideynin davranışına hüquqi qiymət veriləcək və zərurət yaranarsa, valideynlik hüquqlarının məhdudlaşdırılması istiqamətində müvafiq addımlar atılacaq. Eyni zamanda, uşağın sağlamlıq vəziyyəti diqqətdə saxlanılır, o, tibbi müayinələrdən keçiriləcək və bundan sonrakı mərhələdə aidiyyəti qurumlarla birlikdə onun təhlükəsizliyi və rifahı üçün kompleks tədbirlər davam etdiriləcək”.
Xəbər verdiyimiz kimi, ötən gün polis Goradildə Fatimeyi Zəhra Məscidinin yanında 2 yaşlı atılmış oğlan uşağını yatmış halda tapıb. Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib. Sitat: “Əziz dostlar, xahiş edirəm, maksimum paylaşın! Bu gün Mehdiabad polis bölməsi balacanı bizə gətirib. Təxminən 2 yaşı olar. Bəzi sözlər deyir, adını bilmir… Goradil qəbiristanlığının Fatimeyi Zəhra Məscidinin yanında yatmış vəziyyətdə tapılıb. Qoyub gediblər qansızlar… Hazırda polisdə axtarış gedir. Paylaşmaqda məqsədimiz bəlkə körpəni tanıyanlar oldu… Onu güldürüb özümüz isə ağlamışıq… Adını Tale qoymuşuq…”.