Əsas məzmuna keç

Goranboyda iynədən şoka düşən qadın ölüb

TƏBİB Goranboyda iynədən şoka düşərək ölən qadınla bağlı məlumat yayıb.

Qurumdan Tezadlar.az-a verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 14:30-də Goranboy rayon sakini, 46 yaşlı qadının vəziyyətinin pisləşməsi səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub və şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

***

saat 17:03

Goranboyda iynədən şoka düşən qadın ölüb.

Tezadlar.az bildirir ki, hadisə Xocalı rayon sakinlərinin məskunlaşdığı şəhərcikdə qeydə alınıb.

Şəhərcikdə yaşayan Xocalı rayon sakini 46 yaşlı Aynurə Cəfərovaya qonşusu tərəfindən yaşadığı evdə iynə vurulub. Bu zaman qadın şoka düşüb. Qadın xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…