19 Aprel 2022 / 06:35

GÖYÇAYDA İFTAR MƏCLİSİNDƏ KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Göyçayda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Məlumata görə, hadisə aprelin 18-i Göyçay şəhəri, Nizami Gəncəvi küçəsindəki “Zeynəb” restoranında qeydə alınıb.

Belə ki, oradakı iftar süfrəsində iştirak edən 10 nəfər məclisdən sonra özlərini pis hiss ediblər. Onların hər biri bu gecə saat 01:00 radələrində rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

İlkin ehtimala görə, insanların pomidordan zəhərləndikləri bildirilir.

Xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra hamısı evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!