Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında güləşçilərimiz 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar.
Tezadlar.az Azərbaycan Güləş Federasiyasına istinadla bildirir ki, güləşçimiz Jalə Əliyeva tarixi uğura imza ataraq, Azərbaycan qadın güləşində U-23 dünya çempionu olan ilk idmançımız ünvanına sahib çıxıb. Bu yarışda, həmçinin, Maqomed-Başir Xaniyev qızıl, Rəşad Məmmədov, Ruslan Abdullayev və Arseniy Djioyev gümüş, Nihad Quluzadə, Xasay Həsənli və Cəbrayıl Qadjiyev bürünc medal qazanıblar.
Xatırladaq ki, böyüklər kateqoriyasına keçid dövründə qazanılmış bu nailiyyətlər gələcək perspektivlərdən xəbər verir və növbəti yarışlarda da uğurlu nəticələrə inam yaradır.
Beləliklə, Azərbaycan təkcə döyüş meydanında deyil, həm də yarış meydanlarında da uğurları ilə dünyaya sözünü deməkdədir…
ELBAR