MEDİA
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyəli müğənni Gülşən son konsertində yaşanan hadisə ilə gündəmə gəlib.
Tezadlar.az xarici mediaya istinadla xəbər verir ki, o, səhnəyə pul atan tamaşaçılara əsəbiləşib:
“Üzərində Atatürk şəkli olan bir şeyi necə atırsınız? İnsan əylənərkən coşa bilər, amma hər şeyin də bir həddi var”, – o bildirib.
Hadisə anını digər tamaşaçı telefonla çəkərək sosial şəbəkələrdə paylaşıb və görüntülər qısa müddətdə geniş izlənib. Müğənninin bu reaksiyası sosial mediada böyük müzakirəyə səbəb olub.