Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, Luisianadakı bir heyvan sığınacağında uzun müddət diqqətdən kənarda qalan “Burreaux” adlı qara rəngli Labrador cinsli itin hekayəsi bütün dünyanı təsirləndirib. Ölümcül “Parvovirus” xəstəliyini məğlub etməsinə baxmayaraq, sığınacaqda heç kim onu fərq etmirdi. Lakin sığınacaq işçiləri onda qeyri-adi bir xüsusiyyət kəşf ediblər.
Ona yumşaq səslə müraciət edildikdə, Burreaux-nun üzündə kiçik, lakin ümid dolu bir “gülümsəmə” yaranırdı. Sığınacaq əməkdaşları bu kadrları çəkərək sosial şəbəkələrdə paylaşdıqdan sonra it qısa zamanda məşhurlaşıb. Bu səmimi gülümsəmə minlərlə insanın ürəyinə yol tapıb. Nəhayət, Burreaux-nu olduğu kimi sevən bir ailə çıxıb və onu övladlığa götürüb. Artıq “Pappy” adını alan sevimli it öz yeni yuvasında xoşbəxt həyat yaşayır.
Səbinə Bağırova

