Gürcüstanda yeni bir siyasi narazılıq baş qaldırıb. Məlum olur ki, “Vahid Milli Hərəkat” Partiyası prezident Mixeil Kavelaşvilinin mayın 9-da Moskvaya səfər edəcəyi ilə bağlı məlumatlar yayıb. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, bu barədə partiyanın sədri Tina Bokuçava açıqlama verib. O bildirib ki, onların etibarlı mənbələrdən əldə etdikləri məlumata əsasən, M.Kavelaşvili mayın 9-da Moskvada keçiriləcək hərbi paradda iştirak etməyi planlaşdırır. Bokuçava həmçinin, Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi və Kremlin əsas təbliğatçılarından biri olan Mariya Zaxarovanın bəyanatının buna əsas veridyini qeyd edib. Sitat: “Qeyri-legitim parlament tərəfindən seçilmiş qeyri-legitim prezident Mixeil Kavelaşvilinin 9 mayda Moskvaya səfər etmək niyyətinə Rusiyanın xarici işlər nazirliyinin mətbuat katibi və Kremlin əsas təbliğatçılarından biri Mariya Zaxarova münasibət bildirib. O, rəsmi açıqlamasında bu sualı nə təkzib etdi, nə də təsdiqlədi. Bildirdi ki, bu barədə prezident administrasiyası danışacaq. Bu fakt, Kavelaşvilinin Kreml tərəfindən dəvət aldığı ehtimalını daha da gücləndirir”.
Müxalifət partiyalarının rəhbərləri isə hakimiyyət rəsmilərindən bu iddialara açıqlama istəyirlər.
A.Məmmədli