Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 May 2022 / 21:05

“GÜRCÜSTAN ÜÇÜN AZƏRBAYCANIN STRATEJİ ƏHƏMİYYƏTİ ÇOX VACİBDİR” – BURCANADZE

“Mənim üçün gürcü xalqı necə əzizdirsə, Azərbaycan xalqı və dövləti də bir o qədər əzizdir”.

Bu sözləri “Vahid Gürcüstan” partiyasının lideri Nino Burcanadze, Tbilisidə Azərbaycanın Müstəqillik Gününə həsr olunan tədbirdə 24News.ge xəbər portalına müsahibəsində bildirib. O, Azərbaycanın Gürcüstan üçün vacib tərəfdaş olduğunu qeyd edib: “Gürcüstan üçün Azərbaycanın strateji əhəmiyyəti çox vacibdir. İki ölkə arasında bir sıra siyasi və iqdisadi əlaqələr və ən əsası dostluq münasibətləri mövcuddur. Azərbaycanla bu dərin dostluq münasibətlərimiz nəinki belə davam etməli, hətta daha da dərinləşdirilməlidir. Mən azərbaycanlı dostlarımızı müstəqillik günü münasibətilə səmim qəlbdən təbrik edirəm. Hər il bu günün uğur, inkişaf və rifah gətirməsini diləyirəm”, – deyə N. Burcanadze qeyd edib.

Xatırladaq ki, Nino Burcanadze Gürcüstan Parlamentinin keçmiş sədri olub.

TEZADLAR.AZ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!