Əsas məzmuna keç

Gürcüstan və Koreya əməkdaşlığı genişləndirir

Gürcüstan və Koreya Respublikası Orta Dəhlizin rolu ətrafında fikir mübadiləsi aparıb.

Tezadlar.az xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Koreya Respublikası Milli Assambleyasının Xarici Əlaqələr Komitəsinin sədri Sonq Cun Sonq və komitə üzvləri ilə görüşüb.

Görüşdə dövlətlər arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər enerji sahəsində əməkdaşlıq imkanlarını da nəzərdən keçiriblər.

Gürcüstanın enerji potensialı, o cümlədən hökumətin planlaşdırdığı su elektrik stansiyalarının tikintisi və bu layihələrə Koreya investisiyalarının cəlb edilməsi imkanları nəzərdən keçirilib.

N. Samxaradze həmçinin Gürcüstan vətəndaşları üçün Koreya Respublikasında vizasız rejimin tətbiqi məsələsinə baxılmasını xahiş edib. Bildirilib ki, belə bir qərar iki ölkə arasında turizm əlaqələrinin inkişafına töhfə verə bilər.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…