Gürcüstan XİN rəsmi Kremlə sərt cavab verdi: “Münasibətlərin bərpası üçün…”

Oxunma sayı: 420

Xarici işlər naziri Maka Boçorişvili Kremlin mətbuat katibi Dmitri Peskovun və Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin iki ölkə arasında diplomatik münasibətlərin bərpası ilə bağlı bəyanatına sərt cavab verib. Tezadlar.az Gürcüstan XİN- ə istinadla xəbər verir ki, nazir işğal başa çatmayınca Rusiya ilə diplomatik münasibətlərin bərpasının mümkün olmayacağını vurğulayıb. Sitat: “Məsələ sadədir: Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş iki regionu var və təbii ki, işğal şəraitində diplomatik münasibətlərin bərpasından danışmaq mümkün deyil”, – Boçorişvili deyib. Qeyd edək ki, Mixail Qaluzin rəsmi Moskvanın Tbilisi ilə diplomatik münasibətləri bərpa etməyə hazır olduğunu və burada Rusiya tərəfi üçün heç bir məhdudiyyət olmadığını bildirib.

Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər 2008-ci il Avqust müharibəsindən sonra kəsilib. Tərəflər arasında təmaslar yalnız Cenevrə Beynəlxalq Müzakirələri formatında aparılır. Rusiya Gürcüstan ərazisində iki qondarma “Respublika” yaradıb…

A.Məmmədli

Xəbəri paylaş

18 Aprel