GÜRCÜSTANDA PARLAMENT SEÇKİLƏRİNDƏ SƏSVERMƏ ÜÇÜN SEÇKİ MƏNTƏQƏLƏRİ AÇILIB

Bu gün, oktyabrın 26-da Gürcüstanda parlament seçkilərində səs vermək üçün seçki məntəqələri açılıb.

Tezadlar.az bu barədə “İnterfaks”-a istinadən xəbər verir.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə 3 milyon 508 min 294 vətəndaş iştirak edir.

Gürcüstan parlamentinə 150 ​​deputat seçilir. Seçkilər tamamilə proporsional sistem üzrə keçirilir – partiyalar ən azı 5 faiz səs toplayacağı təqdirdə parlamentə daxil ola biləcək.

Bundan əvvəl Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili oktyabrın 26-da keçiriləcək seçkilərdən sonra gözlənilən dövlət çevrilişi barədə məlumat vermişdi. Onun sözlərinə görə, iğtişaşlara səbəb müşahidəçi qeyri-hökumət təşkilatlarının hərəkətləri olacaq. Eyni zamanda, respublikanın baş naziri İrakli Kobaxidze Gürcüstanda müxalifətin parlament seçkilərindən sonra ölkədə iğtişaşlar təşkil etmək üçün resursunun olmadığı fikrini bildirib.

E.ŞİRİNOV

Xəbəri paylaş

15 İyul