Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün Marneulidə fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tezadlar.az xəbər verir ki, əvvəlcə Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra mərkəzin rəhbəri Murad Muradov çıxış edərək gənclərə Xocalı faciəsinin tarixi həqiqətləri haqqında ətraflı məlumat verib. Xocalı soyqırımının Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan qələbə ilə tarixi ədalət bərpa olunub. Xocalı artıq dirçələn, yenidən həyat qazanmış bir məkana çevrilir.
Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş edilib.