Gürcüstanın Azərbaycana 585 min dollar dövlət borcu var?

Oxunma sayı: 307

Gürcüstanın Azərbaycan, Türkiyə, Rusiya və Ermənistana olan borcu məlum olub. Tezadlar.az Gürcüstan Dövlət Statistika Departamentinə istinadla bildirir ki, bu barədə Maliyyə Nazirliyinin hesabatında qeyd olunub. Məlumata əsasən, Gürcüstanın Azərbaycana 585 min, Türkiyəyə 1,139 milyon, Rusiyaya 3,997 milyon, Ermənistana isə 516 min ABŞ dolları borcu var. Sənədə əsasən, Gürcüstanın ümumi xarici dövlət borcu 8,7 milyard ABŞ dolları təşkil edir ki, bunun da 8,3 milyard ABŞ dolları hökumətin payına düşür. 

Xatırladırıq ki, Azərbaycan neçə illər əvvəl Gürcüstana faktiki faizsiz olaraq 200 milyon dollar kredit ayırmışdır. Həmin kreditin taleyi barədə isə hələki rəsmi məlumat yoxdur.

Xəbəri paylaş

18 Aprel