Əsas məzmuna keç

Gürcüstanın yeni Katolikos-Patriarxı seçilib

Ötən gün Gürcüstan Pravoslav Kilsəsində keçirilən genişləndirilmiş kilsə məclisində ölkənin yeni katolikos-patriarxı seçilib. Tezadlar.az xəbər verir ki, seçkinin nəticəsinə əsasən, Senaki və Çxorotsqu metropoliti Şio (Mujiiri) Gürcüstanın 142-ci katolikos-patriarxı olub. O, ümumilikdə 22 səs toplayıb. Digər namizədlərdən Urbnisi və Ruisi yeparxiyasının metropoliti İob 9 səs, Poti və Xobi metropoliti Qriqol isə 7 səs qazanıb. Bir səs isə etibarsız sayılıb.

Qeyd: bütün Gürcüstanın katolikos-patriarxı, müqəddəs İlya II 2026-cı il 17 martda 93 yaşında vəfat edib. Onun vəfatından sonra Gürcüstan Pravoslav Kilsəsinin yeni rəhbərinin seçilməsi gündəmə gəlib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…