Əsas məzmuna keç

HƏCC ZİYARƏTÇİLƏRİ BİLİRMİ Kİ…

Bu gündən artıq Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başa çatmış sayılır…

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib. O qeyd edib ki, artıq azərbaycanlı zəvvarlar üçün ayrılmış 1500 nəfərlik kvota dolub: “Azərbaycandan Həcc ziyarəti üçün ilk uçuş iyunun 4-də həyata keçiriləcək”.

Qeyd edək ki, Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 12-dən başlayıb. Ziyarətin bir nəfər üçün qiyməti 5 min 850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək. İyunun 16-sı və 17-də Azərbaycanda Qurban bayramıdır.

 

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…