Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

TikTok sosial şəbəkəsində cəmiyyətə qarşı hörmətsizlik edən və qeyri-etik ifadələr işlədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Tezadlar.az xəbər verir ki, Zəngilan rayon sakini 1984-cü il təvəllüdlü Habil Həsənov TikTok platformasında dostuna məxsus “Məmmədov Səmiyyədin” adlı səhifədə açılmış canlı yayım zamanı onu izləyən şəxslərin ünvanına təhqir xarakterli ifadələr səsləndirib.
H.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati qaydada həbs edilib.