Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakı şəhərində yerləşən marketlərdən birindən alış-veriş edərkən 10 ədədlik yumurta qutusu götürdüm, lakin üzərində qiymət yazılmamışdı.
Tezadlar.az xəbər verir ki, bu barədə redaksiyamıza daxil olan məlumatda bildirilir.
Vurğulanır ki, alış-verişdən sonra mağazadan verilən çekdən məlum olub ki, 10 ədəd yumurta üçün istehlakçı 3 manat 15 qəpik pul ödəyib, yəni bir ədədinin qiyməti 31 qəpikdən də baha…
Həmin çeki də təqdim edirik:

İstehlakçı maraqlanır ki, necə ola bilir ki, Hacıqabul Quşçuluğun istehsal etdiyi yumurtanın bir ədədi bu qədər baha qiymətə satılır, hansı ki, kənd yumurtasının qiyməti 30 qəpiyədir.
Bizə də çox maraqlıdır ki, Hacıqabul Quşçuluq Şirkəti MMC-yə məxsus broyler toyuqların yumurtası niyə alıcılara bu qədər baha qiymətə satılır?
Qeyd edək ki, mağazalarda broyler toyuqların yumurtasının ədədi 19-20 qəpiyə satılır. Bu da foto fakt:

JASMİN