Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna münaqişəsinin ədalətli sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, müharibənin uzanması nə tərəflərə, nə də Avropaya fayda gətirir və regionda sabitliyi pozur.
Tezadlar.az xəbər verir ki, o bildirib ki, eskalasiya riski hələ də qalır və münaqişənin daha geniş miqyas alması təhlükəsi mövcuddur. O, hətta müharibənin coğrafi genişlənməsi və silahlanma səviyyəsinin artmasının ciddi nəticələrə səbəb ola biləcəyini qeyd edib.
Nazir həmçinin Türkiyənin Ukrayna ilə bağlı danışıqlara bir neçə dəfə ev sahibliyi etdiyini xatırladıb və gələcəkdə də sülh prosesinə dəstək verməyə hazır olduqlarını bildirib. Onun fikrincə, bu münaqişə təkcə regional deyil, həm də Avropanın təhlükəsizlik arxitekturası üçün mühüm sınaqdır.