“Məhkəmələrdə hakimiyyət bölgüsü heç zaman şübhə altına atılmamalıdır”. Tezadlar.az xəbər verir ki, bunu Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) hakimi Lətif Hüseynov bu gün oktyabrın 14-də “Məhkəmə hakimiyyəti ilə dövlətin digər iki hakimiyyət qolu arasında əlaqələr” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, qanunvericilik əsasında məhkəmə hakmiyyətin qurulması çox vacib bir məsələdir. Sitat: “Hakimlərin müstəqilliyinə heç kim müdaxilə edə bilməz. Bir hakimiyyət qolu digərinə qarşı dominant ola bilməz. Əgər tarazılıq pozularsa, bu, digər hakimiyyət qolunun müstəqilliyinə zərbə vura bilər”.
Hakimlərin müstəqilliyinə müdaxilə edilərsə…





