Samara vilayətindəki Kurumoç beynəlxalq hava limanında təyyarələrin qəbulu və buraxılmasına qoyulan məhdudiyyətlər aradan qaldırılıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
“Samara (Kurumoç) hava limanında təyyarələrin qəbulu və buraxılmasına qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Məhdudiyyətlər mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib”, – məlumatda deyilir.
E.ŞİRİNOV







