Əsas məzmuna keç

Hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Saratov hava limanında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Tezadlar.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

“Mülki hava gəmilərinin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Saratov (Qaqarin) hava limanında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, – məlumatda deyilir.

“Rosaviasiya” izah edib ki, hava hərəkəti dispetçerləri və hava limanının xidmətləri, eləcə də hava gəmilərinin ekipajları mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…