Əsas məzmuna keç

Heç bir gəmisi vurulmayıb-İran limanlarının blokadası isə davam edir!

Ziddiyyətli tədbirlər davam edir: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ hərbi gəmisinin vurulması ilə bağlı İran mediasının xəbərini təkzib edib. Tezadlar.az xəbər verir ki, bu barədə CENTCOM-un “X” hesabında bildirilib. Məlumatda bildirilir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus heç bir gəmi vurulmayıb və donanma İran limanlarına blokada tətbiq etməyə, eləcə də “Project Freedom” əməliyyatını dəstəkləməyə davam edir. Qeyd edək ki, İran mətbuatı Hörmüz boğazına yaxınlaşmağa çalışan ABŞ hərbi gəmilərindən birinin iki raketlə vurulduğu barədə məlumat yayıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…