Əsas məzmuna keç

“Heç kim Türkiyəyə “F-35″ tədarük etməyə mane ola bilməz”

“Türkiyə – Birləşmiş Ştatların sadiq müttəfiqidir və heç kim ABŞ-yə bu ölkəyə “F-35″ qırıcılarını tədarük etməyə mane ola bilməz”. Tezadlar.az Reuters- ə istinadla xatırladır ki, ABŞ Prezidenti Donald Tramp, İsrailin Baş naziri Benyamin Netanyahunun bu məsələyə qarşı çıxması ilə bağlı sualı şərh edərkən belə bildirib. Sitat: “Türkiyə – çox qüdrətli ölkədir. Möhtəşəmdir, çox böyük silahlı qüvvələrə malikdir. Onların silahlı qüvvələrində əla texnikalar var. Nəyi satıb-satmayacağımız barədə heç kim mənə göstəriş verməyəcək”.

Xatırladırıq ki, İsrail Türkiyəyə “F-35” qırıcılarının verilməsinin əleyhinədir.

Səbuhi

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…