Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Müğənni Afət Fərmanqızı xanım müğənnilərin əxlaqsızlığından danışarkən bir sayta belə deyb: “Hər ailə özünün əxlaqına uyğun müğənniyə qulaq asır. Başqasının ərindən bic doğan, ərə getməyib ata evində olan qıza bir qardaş, ata, nə bilim, nəslində bir kişi yoxdurmu çıxıb desin ki, sən bu uşaqları hardan doğdun? Axı, sən ədəb-ərkanla, telli-duvaqlı ərə getmədin…”
P.S. Həəə… Ağır “tema”dır. Afət xanımdan belə etirafı gözləmirdim. İllərdir mənim yazdığımı təsdiqləyərək, düz “onluğa” vurub. Ay rəhmətliyin nəvəsi, bu bic doğan müğənnilərin nəslində “n” qədər kişi var. Ata, qardaş, əmi oğlu, dayı oğlu, bibi oğlu, xala oğlu, yeznə və s. Amma bu kişilər həmin bic doğan, səhnədə lütlənib oxuyan xanım müğənnin pulundan bəhrələndikləri üçün onunla qürur duyurlar. Necə ki, bu yaxınlarda Röya Ayxanın rəhmətə gedən atası bir vaxt deyirdi ki, qızımla fəxr edirəm. İndi hər şey aydındırmı, Afət xanım! Bic doğan və əxlaqsız xanım müğənninin nəslində olan kişilər yəqin Masallıdan olan şair, iki gözü də görməyən İlham Dadaşovun “Səndən əcəb deputat olar” şerindəki “deputat” sözünü “müğənni” sözünə dəyişərək, bir bəndini belə oxuyurlar:
“Ar-namus dəbdə deyil, indi biz Avropalıyıq,
Rədd eləyib paltarı, lüt bədənə baxmalıyıq.
Məcramızı dəyişib, Qərbə tərəf axmalıyıq,
Dur, belə fırlan görüm, səndən əcəb müğənni olar.
Arxalı müğənni olan, hər zaman, hər an ucalar”.
İndi Afət xanım, arxalı müğənnilər doğrudan da həm yaxşı gedir, həm də tez ucalır.
***

Üçü birində, bəstəkar, müğəni, şairə və hər üçündən də ala-yarımçıq olan Elza Seyidcahan yenə əndrabadi geyimi ilə müzakirələrə və gülüşlərə səbəb olub. Bu dəfə enli və üstü diametri 100 mm-lik boruya bənzəyən şlyapa, ona da fata bağlamaqla gündəmə gəlib.
P.S. Mən dəfələrlə demişəm, belə xəstəyə gülməzlər. Bu xanım həqiqətən də xəstədir. Amma heç kim onun müalicə olunmasını təşkil eləmək istəmir. Ağlı başında olan insan da başına belə əcaib şlyapa qoyar? Mən ölüm gəlin, “atışağın” və 5-10 min manat toplayıb, bu yazığı müalicəyə aparağın. Vallah, adamın yazığı gəlir. Gah yazdığı gic-gici mənasız şeirlərinə gülürlər, gah da əndrabadi geyimlərinə. Amma heç kim bu yazığın müalicə olunması barədə düşünmür. Allah şəfa versin, yazıqdır…
***
Məlumatlara görə, müəllimlərin işə qəbulu (MİQ) üzrə imtahanların ödənişli olması nəzərdə tutulub və bu barədə müzakirələr gedir.
P.S. Sonra da deyirik orta məktəblərdə müxtəlif adlarla şagirdlərdən və ya valideynlər komitəsi tərəfindən niyə pul yığırlar. Bəs bu müəllim yazıq özündən yuxarılara ödədiyi pulu çıxarmalı deyil? Ona görə də orta məktəbdə müəllimlərin açdıqları bazara “bazar olsun”- deməkdən başqa çarəmiz qalmır…
***

Xalq artisti 54 yaşlı Aygün Kazımova sosial şəbəkədə paylaşdığı qısa şifon ətəyi və çimərlik geyiminə oxşayan ultra qısa “top”u guya kişilərin gözünü qamaşdırıb.
P.S. 54 yaşlı xanıma baxmaqla gözləri qamaşan kişiləri çay aşağı axıdım, çay yuxarı axtarım.
***
Sayıtların birində belə bir məlumat verilib ki, Qubada polis toyu dağıdıb. Səbəb isə yetkinlik yaşına çatmayan 15 yaşlı qızın 35 yaşlı kişiyə ərə verilməsi olub.
P.S.Dəhşətdir! Cəlil Məmmədquluzadənin sözü olmasın, bu qədər yazırıq, bu qədər deyirik, yenə də bəzi insanlarımız elə bil ədibin yaşadığı XIX əsr dövründəki ağıldadırlar. Mövhumatdan hələ də qurtara bilmirik. XXI əsrdə də bu qədər şüursuzluq olar? Tutaq ki, 15 yaşlı qız qanmır, bəs onun yekə-yekə valideynləri niyə belə addım atırlar? Bəs 35 yaşlı yekə kişi niyə bu vicdansızlıqdan utanmır? Bunun adı şərəfsizlikdir. Daha bundan yumşaq söz tapa bilmədim…
***
Verilən informasiyaya görə, Kazaxıstan Prezidenti Kasım Comərd Tokayev Azərbaycan və Türkiyədən keçərək, Avropaya ötürülməsi nəzərdə tutulan qaz borusunun ağzının Çinə döndərilməsi haqqında müqavilə imzalayıb. Bunu isə Türkdilli Dövlətlər Təşkilatına (TDT) və Turan Birliyinə arxadan vurulan zərbə hesab edirlər.
P.S. Görünür, Comərd Tokayev TDT-yə namərdlik edərək pulu öz soykökünə qayıdıb böyük birlik yaratmaqdan üstün tutub. Çünki Çin qaza görə daha çox pul təklif etdiyindən bunun başqa adı yoxdur.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Hadrutda olarkən yerli sakin Zahid Mustafayevin evində də qonaq olub.
P.S. Deyirəm, Prezident İlham Əliyev erməniləri daha müharibə, top, tank və dronla yox, öz davranışları ilə də məhv edir. Məsələn, bir də görürsən Prezident Şuşadadır. Bir müddət sonra sorağı Xankəndidən, Kəlbəcərdən, Laçından, Füzulidən, Ağdamdan və sair işğaldan azad olunmuş rayonlardan gəlir. Hər dəfə də ermənilər Prezidenti bu rayonlarda görən kimi, canlarına vic-vicə düşür, onları qaşınma tutur ki, “ara, daha Qarabağ merala”, yəni, Qarabağ ermənilər üçün öldü. Amma bizim üçün Qarabağ yeni inkişaf dövrünü yaşayır. Bu səbəbdən də ermənilər bir çox mahnılarımızı oğurladıqları kimi, yəqin bu mahnımızı da oğurlayıb, oxumağa başlayacaqlar:
“Keçən günlərimi qaytaraydılar,
Gələn günlərimi qurban verərdim.”
***

Aktrisa sayılan, lakin aktrisalıqdan heç xəbəri olmayan, əvəzində soyunub lüt-ətcəbala şəkillər, videolar paylaşan Pərvin Abıyeva ailəsini çox sevdiyindən danışarkən “Günə uğurla” verilişində belə deyib: “Ailə mövzusu mənim üçün çox həssasdır. Ailəmə görə hər şey edərəm. Özümə nə istəyirsiniz deyin. Amma onlara yox… Mən hər iki valideynimi çox sevirəm”.
P.S. Ay sənin məzən olsun, Pərvin xanım! Rəhmətliyin nəvəsi, sənin ata-ananla kimin nə işi ola bilər ki? Onlara hər cürə söyüş, qarğış yazdıran, dedizdirən sən özünsən dəəə… Əgər sən əyninə normal paltar geyinmirsənsə, hər yerin çöldə qalan şəkillər çəkdirib, paylaşırsansa, abır-həyanın, valideynlərə hörmətin nə olduğunu bilmirsənsə, onda təbii ki, bu millət səni əkənə, doğana və tərbiyə verənə “çox sağ ol” deməyəcək. Hər iki valideynini çox sevən insan abır-həyanı gözləyər və bütün bədən əzalarını ortaya qoymaz.
ELÇİN