Mənin hər ay İcbari Tibbi Sığortaya ödədiyim pullar hara gedr?..
Tezadlar.az xəbər verir ki, bu sözləri müəllim, eyni zamanda
şair-yazıçı Əliheydər Qayiboğlu sosial media hesablnda bildirib.
“Mən ali təhsilli müəllim olmaqla hər ay halal əmək haqqımdan İcbari Tibbi Sığortaya 30 manat pul ödəyirəm.
Əgər poliklinikalarda, xəstəxanalarda çalışan həkimlər Sığorta ilə gələn pasiyentlərə 2- ci dərəcəli kimi baxacaqdırlarsa, poliklinikanın sığorta ilə göndərişi olmasına baxmayaraq, Neyro Cərrahiyyə Xəstəxanasında MRT müayinəsi üçün 20 manat əlavə pul tələb olunursa, sığorta ilə gəldiyin üçün ağır xəstə olmağına baxmayaraq, səni 10-15 gün sonraya növbəyə alırlarsa, sənin israrla tələbindən sonra gecə saat 03:40- a yazırlarsa, pulu ödəyəndən sonra sənə qəbzi vermirlərəsə bu TƏBİB nə üçündür və hara baxır? Mənin hər ay ödədiyim pullar hara gedr?
Üç dəfə TƏBİB-ə zəng etsəm də, mənə cavab verən tapılmadı. Nə üçün? Niyə Azərbaycan qanunlarını pozursunuz?
Cavab ver”, – deyə Əliheydər Qayıboğlu qeyd edib.
JASMİN