Əsas məzmuna keç

HEYDƏR BABAYEVİN ABŞ-DAKI VİLLASI SATILDI VƏ…

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva ABŞ-da Vaşinqton ətrafındakı 4609 CHARLESTON TER ünvanındakı villasını 2020-ci ilin mayında 1 milyon 860 min dollara satıb. Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün fb səhifəsində paylaşım edib. Sitat: “Villa 2008-ci ilin iyununda Kolumbiya ştatında keçmiş nazirin həyat yoldaşının təsis etdiyi ALIYA BABAYEVA L.L.C. üzərindən alınıb. Şirkət 2011-ci ildə ləğv edilsə də əmlak iki il əvvəl satılıb. Satışın səbəbi məlum deyil. Onun yeni sahibi amerikalı vəkil DECKELBAUM DAVID və THE CHARLESTON REVOCABLE TRUST-dir. Sabiq nazirin 2011-ci ildə Lüksemburq da həyat yoldaşının adına MERCURY EUROPE HOLDINGS əmlak şirkəti təsis etdiyi məlumdur. Heydər Babayev 1999-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri, 2005-2008-ci illərdə İqtisadi İnkişaf Nazirliyi vəzifəsində çalışıb. WİKİLEAKS sənədlərinə görə 2006-cı ildə səfir Rino Harniş tərəfindən göndərilmiş məxfi teleqramda Heydər Babayev ABŞ-ın adamı kimi xarakterizə edilmişdi”.
 Maraqlı olan bir məsələ var: niyə Azərbaycanda yüksək vəzifə tutmuş məmurlar qazandıqlarını xaricə daşıyırlar? Yaxud, sonradan bəlli olur ki, onların xarici ölkələrdə 100 milyonluq- milyardlıq yatırımı var… Sual olunur: bu qədər valyuta Azərbaycandan necə çıxarılır? Və niyə məmurlarımız bu vəsaitləri Azərbaycandı faydalı işə çevirmirlər??? Deməli, Azərbaycana etibar etmirlər???
A.Məmmədli
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…