Əsas məzmuna keç

Hindistandan qəfil qərar: qızıl ehtiyatlarını xarici xəzinələrdən sürətlə geri qaytarır…

Hindistan Ehtiyat Bankı qızıl ehtiyatlarını xarici xəzinələrdən sürətlə geri qaytarır.

Bu barədə The Times of India GTRI beyin mərkəzinin məlumatlarına istinadən məlumat verib.

Qeyd olunur ki, 2023-cü ildə ölkənin ümumi qızıl ehtiyatlarının təxminən 38%-i ölkə daxilində saxlanılırdı və 2026-cı ilin mart ayına qədər bu rəqəm, təxminən 77%-ə yüksəlib.

Qəzet qeyd edir ki, hindli iqtisadçılar qızılın yenidən bölüşdürülməsinin çoxsaylı səbəblərini, o cümlədən 2022-ci ildə Rusiya aktivləri ilə bağlı hadisədən sonra yaranan təhlükə olan aktivlərin dondurulması riskini  də qeyd edirlər.

The Times of India qeyd edir ki, qızılın geri qaytarılmasının sürətlənməsinə Yaxın Şərq münaqişəsi də təsir göstərib və bu da Hindistanın iqtisadi təhlükəsizliyini gücləndirmək zərurətini yaradıb.

Qeyd edək ki, 29 apreldə Beynəlxalq  Qızıl Şurası Hindistanda ümumi qızıl istehlakının yanvar-mart ayları arasında 10,2% artaraq 151 metrik tona çatdığını bildirib. Hindistan şirkətlərinin qızıla investisiyaları illik müqayisədə 52% artaraq 82 tona çatıb.

Yaxın Şərqdəki münaqişə fonunda Bombey Fond Birjasında səhm qiymətlərindəki kəskin dalğalanmalar səbəbindən Hindistanda investorların qızıla tələbatının yaxın gələcəkdə artmaqda davam edəcəyi proqnozlaşdırılır.

 

JASMİN

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…