22 Mart 2026 / 10:19

“Hizbullah” İsrail əsgərlərinə raket hücumları həyata keçirib

“Hizbullah” Livanın cənubunda İsrail əsgərlərinin və hərbi maşınlarının raket atəşinə tutulduğu bir neçə yeri hədəf aldığını açıqlayıb.

Tezadlar.az-ın xarici mediaya istinadən məlumatına görə, “Hizbullah”ın bəyanatında deyilir ki, İsrail əsgərləri və hərbi maşınları cənub sərhədindəki Udeysa şəhərindəki Hazzan təpəsində, Merkeba şəhərindəki Cebel Verde və Muheysibat təpəsində raketlərlə vurulub.

Bəyanatda həmçinin qeyd olunur ki, Hiyam şəhərinin cənubunda yeni yaradılmış Hamamis mövqeyində və Vadi əl-Əsəfir bölgəsindəki İsrail əsgərləri də raket atəşinə tutulub.

E.ŞİRİNOV     

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!