Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, İsrail Müdafiə Ordusu radikal “Hizbullah” qruplaşmasına qarşı quru əməliyyatı zamanı ələ keçirdiyi Livanın cənubundakı əraziləri nəzarətdə saxlamağa davam edəcək.
Tezadlar.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
“Müəyyən etdiyimiz məqsəd – “Hizbullah”ın tərksilah edilməsi – əməliyyatımızın əsas vəzifəsi olaraq qalır”, – o bildirib.
Kats qeyd edib ki, Litani çayından başlayan təhlükəsizlik zonası hələ də qruplaşma yaraqlılarından təmizlənməyib və bütün mümkün vasitələrlə onun tərksilah edilməsini təmin etməyə çağırıb.
“Bu, ya siyasi yolla, ya da atəşkəs rejiminin başa çatmasından sonra İsrail Müdafiə Ordusunun hərbi əməliyyatlarını davam etdirməsi vasitəsilə həyata keçirilməlidir”, – deyə nazir fikrini yekunlaşdırıb.