Əsas məzmuna keç

HöKUMəTIN ISTEFASı TəLəBI ILə NöVBəTI GENIşMIQYASLı ETIRAZ AKSIYASı

Paytaxt Tbilisidə parlament binası önündə, “Tv Pirveli” kanalının əməkdaşı Lekso Laşkaravanın ölümü ilə bağlı genişmiqyaslı etiraz aksiyası keçirilir.

Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, aksiyada ölkənin aparıcı televiziya və media nümayəndələri, QHT-lər, vətəndaş cəmiyyətinin üzvləri və sıravi vətəndaşlar iştirak edirlər. Etirazçılar 5-6 iyun hadisələri ilə bağlı baş nazir İrakli Qaribaşvilinin, həmçinin hökumətin tam tərkibli istefasını tələb edirlər.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…