Əsas məzmuna keç

Hörmüz boğazında partladılan iki neft tankeri hansı ölkəyə məxsusdur?

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı məlumata görə, iki neft tankeri təhlükəli marşrutla Hörmüz boğazından keçməyə çalışarkən partlayıb. Tezadlar.az İranın xəbər agentliklərinə istinadla bildirir ki, xilasedicilər hazırda bu gəmilərin heyətlərini ərazidən təxliyə edirlər. Hadisə ilə bağlı geniş məlumat verilmir. Eləcə də tankerlərin hansı ölkəyə məxsusluğu da bəlli deyil. ABŞ hərbi komandanlığı da bu barədə hələki rəsmi məlumat yaymayıb.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…