Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ-ın tətbiq etdiyi dəniz blokadasına baxmayaraq, daha bir tanker gəmisi Hörmüz boğazından keçib.
Tezadlar.az xəbər verir ki, İranın yarı-rəsmi “Tasnim” Xəbər Agentliyi ABŞ-ın İran neftini Çinə daşıdığı iddiası ilə sanksiya siyahısına daxil etdiyi Kürəsao bayrağı altında üzən “Coba” tankerinin Hörmüz boğazından keçərək Lark adası yaxınlığında lövbər saldığını açıqlayıb.
ABŞ prezidenti Donald Tramp Pakistanda İranla danışıqların uğursuzluğundan sonra Hörmüz boğazının blokadasına başlayacaqlarını bildirib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) həmçinin ABŞ-ın İran limanlarının blokadasını 10.000-dən çox əsgər, eləcə də onlarla hərbi gəmi və qırıcı təyyarə dəstəklədiyini açıqlayıb.
E.ŞİRİNOV